• Misyar Marriage

    is carried out via the normal contractual procedure, with the specificity that the husband and wife give up several rights by their own free will...

  • Taraveeh a Biad'ah

    Nawafil prayers are not allowed with Jama'at except salatul-istisqa' (the salat for praying to Allah to send rain)..

  • Umar attacks Fatima (s.)

    Umar ordered Qunfuz to bring a whip and strike Janabe Zahra (s.a.) with it.

  • The lineage of Umar

    And we summarize the lineage of Omar Bin Al Khattab as follows:

  • Before accepting Islam

    Umar who had not accepted Islam by that time would beat her mercilessly until he was tired. He would then say

Showing posts with label Azeri - Azəri. Show all posts
Showing posts with label Azeri - Azəri. Show all posts

Tuesday, July 30, 2013

PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA

sünnə və camaat Ömər ibni Xəttabı ilham olmuş ən bilikli səhabələrdən sayırlar. Öz səhih kitablarında yazırlar ki, Peyğəmbər (s) içdiyi suyun artığını ona vermişdir. Peyğəmbər (s)-in bu hərəkətini elmə təfsir edirlər. Lakin onun öz etirafına görə, o, sünnətin çox məsələlərini bilmir, çox vaxtlarını sünnə öyrənmək əvəzinə bazarda ticarət etməklə keçirirdi.

Buxari öz “Səhih” kitabında “Peyğəmbərin sünnəti aşkar olmuşdur, elə bir adam olmamışdır ki, onu görə bilməyə və ondan öyrənməyə” – deyənlərin qarşısında dəlil gətirib yazır: Əbu Musa Ömərdən evinə girməyə icazə istədi. Ömərin işə məşğul olduğunu görüb çölə çıxdı.

Ömər dedi: “Mən Abdullah ibni Qeysin səsini eşitdim. İcazə verin gəlsin. Onu çağırdılar. Ömər dedi: Niyə belə etdin?”

Dedi: “Bizə belə əmr edirdilər.”

Ömər dedi: “Sözünə dəlil gətirməsən, başına böyük bir bəla gətirəcəyəm.” O, ənsarın yığışdığı yerə gedib onlardan sübut istədi.

Dedilər: Yalnız bizim cavanlar şahid durmağa hazırdırlar. Bu vaxt Əbu Səid Xudri qalxıb dedi: “Bəli, bizə bu cür əmr edirdilər.”

Ömər dedi: “Bunu Peyğəmbər (s)-dən eşidib görməmişəm. Mən bazarlarda al-verdə olmuşam.”[1]

Bu hekayədə bir neçə maraqlı incəliyə rast gəlmək olar:

1. Başqasının evinə icazə alıb girmək Peyğəmbər (s)-in sünnəsində aydın olan bir məsələdir. Bütün müsəlmanlar bunu bilirlər. Peyğəmbər (s)-in yanına getmək üçün hamı icazə alırdı. Bu, İslamın ədəbi və iftixarıdır.

Bu göstərir ki, Ömər ibni Xəttabın məxsus gözətçiləri olmuş və heç bir kəsi icazəsiz onun yanına buraxmırdılar. Əbu Musa onun yanına getmək üçün üç dəfə icazə istədi və hər dəfə rədd cavabı alaraq geri qayıtdı. Lakin Bəni Üməyyədən olan dostları onu Peyğəmbər (s)-dən də uca tutaraq, haqqında deyirlər: O, heç bir gözətçisi olmadan küçədə yatar və deyərdi: “Ədalətlə rəftar edib yatdım.”

Onların sözlərindən belə çıxır ki, guya Ömər Peyğəmbər (s)-dən də ədalətli olmuşdur, sanki Peyğəmbər (s)-in gözətçisi var imiş, onun isə yox. Əgər belə deyilsə, bəs niyə görə “ədalət Ömərlə oldu” – deyirlər?

2. Bu rəvayət onun sərt əxlaqa malik olub müsəlmanlarla pis rəftar etdiyini göstərir.

Əbu Musa Əşəri böyük səhabələrdən olmuşdur. O, Peyğəmbər (s)-in hədisini dəlil gətirəndə, “əgər sözünə şahid gətirməsən, bu qamçı ilə sənin qarnına və kürəyinə vuracağam”[2] – deyərək Əbu Musanı yalançı adlandırıb xalqın qarşısında bir hədisə görə hədələmək düzgündürmü? Belə ki, Übeyy ibni Kəb hədisə şahid durduqdan sonra ona xitab edib deyir: “Ey Xəttabın oğlu! Allah rəsulunun səhabələrinə əziyyət vermə!”[3]

Bu hədisə əsasən, Ömərin gördüyü işlərə özbaşınalıqdan başqa ad vermək olmaz. Hər dəfə ona Allahın Kitabı və Peyğəmbər (s)-in sünnəti ilə cavab verdikdə, tez qəzəblənib özündən çıxırdı. Onun bu hərəkəti bir çox səhabənin haqqı gizlətməsinə səbəb olmuşdur. Onlar qorxudan haqqı dilə gətirə bilmirdilər. Əmmar Yasir “təyəmmüm” məsələsində onunla ixtilaf etdikdə, Ömər onu hədələmiş, o da cavabında demişdi: “Əgər istəyirsən, bu hədisi deməyim, demərəm.”[4]

Ömərin səhabələrin Peyğəmbərdən hədis demələrinin qarşısını almasını sübut edəcək çoxlu dəlil vardır. Bu iş Əbu Bəkrin xilafəti zamanı başlanmış və onun on illik xilafəti zamanı daha da şiddətlənmişdi. O, Peyğəmbər (s)-dən olan hədisləri yandıraraq onların nəql olunmasını qadağan etmiş, onunla müxalifətçilik edənlərin bəzilərini zindana salmışdı.[5]

Bu işi ondan qabaq Əbu Bəkr etmiş, ondan sonra isə Osman davam etdirmişdi.

Peyğəmbərin sünnəti xəlifələr əlində yandırılır və gizlədilirdi. Belə olan halda, necə deyirlər ki, onlar Peyğəmbər (s)-in sünnəsinə əməl etmişlər!?

3. Bu hədis Ömərin çox zaman bazarda olub, Peyğəmbər (s)-in məclislərində iştirak etməməsini çatdırır. Elə buna görə də səhabələrin, hətta bəzi uşaqların bildiyi hədisləri belə o bilmirdi. Dediyimizə Əbu Musanın rəvayətini dəlil gətirə bilərik. Əbu Musa ənsardan öz sözünə şahid istədikdə, ona belə cavab vermişdilər: “Allaha and olsun, sənin sözünə bizim yeniyetmələr belə şahid dura bilərlər. Bu zaman onların arasından ən cavanı olan Əbu Səid Xudri ayağa qalxıb bu hədisi Peyğəmbərdən eşitdiyini dedi.

Bu söz öz-özlüyündə Ömər üçün böyük bir təhqirdir. O hətta uşaqların bildiyi sadə sünnətdən xəbərsiz idi. Beləliklə o, Peyğəmbər (s)-in bu hədisi: “hər vaxt ümmətimin arasında bir kəs ondan savadlı və elmli olduğu halda rəhbərliyi ələ alarsa, Allaha, Peyğəmbərə və möminlərə xəyanət etmişdir” – qarşısında cavabdehdir.

Belə hədislərə əməl etməmək Ömər üçün adi bir şey idi. O, hətta Peyğəmbər (s) həyatda olduğu zaman onun hədislərini ayaq altına qoyur, öz ictihadına əməl edirdi.

Bunlardan əlavə, bəzi səhabələrin dəlilləri ilə üzbəüz olduqda, bilmədiyini etiraf edirdi. Bəzən deyirdi: “Ey Ömər! Bütün xalq, hətta evdar qadınlar da səndən biliklidir.” Bəzən də “əgər Əli olmasaydı, Ömər bədbəxt olardı”, başqa bir vaxt “bazarda al-ver etmək məni Peyğəmbər (s)-in hədislərini eşitməkdən saxladı” – cümlələrini işlədirdi.

Əgər o, al-verə məşğul olub hədis eşidə bilmirdisə, sözsüz Quran eşitməkdən də məhrum qalmışdı. Bir dəfə onun Übeyy ibni Kəblə (Quranın məşhur hafizlərindən biri) Quranın qiraətində ixtilafı düşdü. Ömər üzünü ona tutub dedi: “Sənin qiraətin düzgün deyildir. Mən belə bir qiraəti heç vaxt eşitməmişəm.” Übeyy ibni Kəb cavabında dedi: “Ey Ömər! Mənim başım həmişə Qurana qarışıb, səninkisə bazarda al-verə.”[6]

Ömərin həmişə bazarda olması səhabələr, kitab və sünnə ilə tanış olanlar üçün məxfi qalmamışdır.

Mənim fikrim budur ki, Ömərin daxilində ruhi bir kin var idi. Belə ki, hətta ən sıravi müsəlmanların bildiyini, əzbərlədiyini o bilmirdi. Digər tərəfdən də kənarında hələ otuz yaşına çatmamış Əli (ə)-ı görürdü ki, hər şeyi bilir, hər şeydə düz hökm verirdi. Ömər onun nəzərini düz sayaraq çarəsiz səhabə qarşısında etiraf edib deyirdi: “Əgər Əli olmasaydı, Ömər bədbəxt olardı.”

Həmçinin görürük ki, bir qadın məscidin arxa səflərindən ayağa qalxıb minbərdə oturmuş Ömərə etiraz edir, hamının hüzurunda qadının “mehriyyə” məsələsində onu məhkum edərək Qurandan dəlil gətirir. Bu vaxt Ömər dilə gəlib: “Ey Ömər! Bütün insanlar, hətta evdar qadınlar belə səndən biliklidir.”

Həqiqət kitabindan seçilmiş hissələr 





--------------------------------------------------------------------------------

[1] “Səhihi Buxari”, 8-ci cild, səh. 157, “adab” kitabı, “izn” babıæ “Səhihi Müslüm”, 6-cı cild, səh.

[2] “Səhihi Müslüm”, 6-cı cild, səh. 178.

[3] Yenə orada.

[4] “Səhihi Müslüm”, 1-ci cild, səh. 193, “təyəmmüm” babıæ “Səhihi Buxari”, 1-ci cild, səh. 88

[5] “Elm əhlindən soruşun” kitabında bu haqda geniş danışmışıq, ora müraciət edin.

[6] “Tarixi ibni Əsakir”, 2-ci cild, səh. 597. Eynilə həmin hədisi “Müstədrəkül-vəsail”, “Səhiheyn”, 3-cü cild, səh. 305 və Əbu Davud öz “Sünən”ində, İbni Əsir isə, “Cameul-üsul”da gətirmişdir.

İkinci xəlifənin müsəlman olması

İbn Əbil Hədid «Şiqqşiqiyyə» xütbəsinin şərhində Ömərin şəxsiyyəti və müsəlman olması barəsində belə yazır: Ömər ibn Xəttab bərk tündxasiyyət, heybətli və möhkəm siyasətçi idi. Heç kəsdən qorxmazdı, hörmətli və hörmətsiz adamlarа riayət etməzdi.

Ömər, bir qrup adam müsəlman olduqdan sonra müsəlman oldu. Müsəlman olmağının da tarixçəsi belədir. Onun bacısı və bacısının yoldaşı ondan gizlin müsəlman olmuşdular. Xəbbab ibn Ərf də gizlində onların evinə gəlir və dini ehkamları onlara öyrədirdi. Sözgəzdirənlərdən biri bunu Ömərə Xəbər verdi, o, da bacısının evinə gəldi. Xəbbab qaçaraq kiçik otaqda gizləndi. Ömər soruşdu:

Sizin evinizdən bu nə səs-küy idi ki, gəlirdi?

Bacısı cavab verdi:

Bir şey deyildi, bir-birimizlə söhbət edirdik.

Ömər dedi:

Belə görürəm ki, siz öz dininizdən dönmüsünüz.

Bacısının əri dedi:

Haqq olduğunu fikirləşmirsənmi?

Ömər sıçrayıb onu tapdaq altına saldı. Bacısı onu ayırmaq üçün irəli gəldikdə Ömər ona elə bir sillə vurdu ki, üzü qanadı. Sonra Ömər peşman oldu, yumşaldı və sakitcə bir küncdə oturdu. Elə bu zaman Xəbbab ibn Ərf yerindən çıxıb dedi: Ey Ömər! Sənə müjdə olsun. Ümidvaram ki, dünən gecə Peyğəmbərin(с) sənin barəndə etdiyi dua qəbul olunsun. Peyğəmbər(с) dünən gecə ardıcıl olaraq deyirdi: «İlahi, islamı Ömər ibn Xəttabın ya Əmr ibn Hişamın müsəlman olması ilə qüvvətləndir və ona izzət ver».

İbn Əbil Hədid deyir: Ömər, qılıncı çiynindən açılmış halda Peyğəmbərin(с) yaşadığı Səfa dağının yanındakı evə tərəf yollandı. Həmzə, Təlhə və müsəlmanlardan bir neçəsi qapıda durmuşdular. Həmzədən başqa hamı Ömərdən qorxdu. Amma Həmzə dedi: Ömər bizim yanımıza gəlmişdir. Əgər Allah onun üçün bir xeyir iradə etmişsə onu öldürmək bizim əlimizdə asan bir şeydir. Bu zaman Peyğəmbər(с) evin içində idi və ona vəhy gəlirdi. Onların sözlərini eşitcək bayıra çıxdı və özünü Ömərə çatdırdı. Onun paltarının bağını və qılıncının qayışını tutub dedi: Ey Ömər, bəs deyilmi? İstəyirsən ki, Vəlid ibn Müğeyrəyə çatan bədbəxtlik və əzab sənə də çatsın? İlahi, bu Ömərdir, ilahi islamı Ömərin müsəlman olması ilə izzətli et». Ömər dedi: Əşhədu ən la ilahə illəllah və Əşhədu ənnə Mуhəmmədən rəsulullah.

Qəti olaraq əziz oxucu bilir ki, insan həyatında insanları biri-birinə yaxınlaşdıran amil onların müştərək fəslidir. Biz bu iki nəfərin(Əbu Bəkr və Ömər) ömrü boyu, 17 ilə yaxın Məkkə və Mədinədə adətən bir-birinin yanında görməyimizə baxmayaraq, 1400 ildən sonra dəqiq olaraq onların müştərək oxşarlıqlarını tapa bilmərik. Lakin hər halda bu məşhurdur ki, onlar son dərəcə bir-birlərinə yaxın olmuşlar. Peyğəmbər(с) müsəlmanlar arasında qardaşlıq yaradan zaman, mühacir və ənsar hamısı bir-biri ilə qardaş olan zaman bu iki nəfər (Əbu Bəkr və Ömər) o qədər adamın içində, Peyğəmbər(с) və Əli ibn Əbi Talib(я) kimi, bir-biri ilə qardaş oldular.

Düşüncələr təqribən bir tərəfə doğru meyllənir. Siz keçmişdə oxudunuz ki, Ümmi sələmədən Aişəyə nəql olunur ki, bu iki nəfər, bir səfərdən qayıdarkən Peyğəmbərdən(с) soruşurlar ki, sizdən sonra kim xəlifə olacaqdır ki, bizim üçün də səndən sonra pənah yeri olsun?

O həzrət buyurdu: Mən indi onun yerini görürəm. Əgər onu(sizə) tanıtsam ondan Bəni İsrail Harundan qaçdığı kimi, pərakəndə olacaqsınız». Ümmi Sələmə deyir: O iki nəfər sükut edərək çıxıb getdilər.

Görəsən, niyə sükut halında Peyğəmbərin(с) yanından çıxıb getdilər? İndi artıq islamın ilk günləri deyildir ki, qəzavətə görə (müharibəyə) bu iki nəfə, Allah xatirinə Mуhəmmədin(с) dininə qol qoydular. Həqiqətdə də belə idi. Amma indi islam gün-gündən qüvvətlənir. İslamın kölgəsi Ərəb yarımadasını əhatə etmişdir. Peyğəmbər(с) qüdrət taparaq İran kəsrasına, Rum Qeysərinə və Misirin Müqəvqisinə bəyanatlar göndərərək onları islama dəvət edir. Bütün fikir və düşüncələr islamın gələcəyinə doğru yönəlmişdi. Bu Peyğəmbər(с) peyğəmbərlər silsiləsinin axırıncı halqasıdır ki, indi Mədinətünnəbinin hökumət və iqtidarının başçısıdır. İslam hökumətinin bütün Əmr və nəhyləri o həzrətin əlindədir. Bəs ondan sonra, bu xüsusi əhəmiyyətə malik böyüyün canişini kim olacaqdır?


Suala yer varmı?

Məgər, Peyğəmbər(с) özü bu günün problemini ümumi dəvədin əvvəl günü həll etmədimi? Deyək ki, bəlkə də, bu iki nəfər o hadisəni eşitməmişlər və ya unutmuşdular. Halbuki qohum və yaxınları inzar etmək (qorxutmaq) hadisəsi Əbu Bəkr müsəlman olandan sonra baş vermişdir. Lakin hər halda biz düzə çıxarmalıyıq.

İndi gəlib sual edirlər ki, məsələ qətiləşsin. Bəs nə üçün cavabı eşidən kimi- Ümmi Sələmə deyir: ikisi də sükut edərək çadırdan çıxırlar. Bu sükutun mənası nədir? Yeri deyildimi ki desinlər: Ya Rəsulullah(с) demək səndən, baş qoymaq bizdən!

Lakin görürük ki, Rəsulullah(с) özü də diqqətlidir. Bilir ki, soruşanaların mqəsədi nədir. Ona görə də bu müqəddimə ilə açıqlayır ki, əgər tanısanız ondan qaçacaqsınız, necə ki, Bəni İsrail Harundan qaçdı.

Quran Harunun dilindən qardaşı Musaya buyurur:

قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُواْ يَقْتُلُونَنِي

(«ЯРАФ», айя 150)
«Ey anam oğlu! Bu qövm məni zəif görüb az qala məni öldürmüşdülər».

MÜSƏLMANLARI SÜNNÜ VƏ ŞİƏYƏ BÖLƏN İLK HADİSƏ

Bu hadisə Allah Peyğəmbəri (s)-nin “sizə məktub yazmağım üçün mürəkkəb və qələm gətirin. Siz bu məktubun vasitəsilə heç vaxt haqdan azmazsınız”[1] – sözü qarşısında Ömər ibni Xəttab və bir çox səhabələrin mane olmasına qayıdır.

Onlar tamam həyasızlıqla Allah Peyğəmbərinin sözünün əməli olmasının qarşısını aldılar. Heç bir hörməti gözləmədən Peyğəmbərə “sayıqlamaq” töhmətini vurdular. Allah Kitabının onlara kafi olmasını iddia edib, Peyğəmbərin məktubuna ehtiyac olmadığını bildirdilər!!!

İbni Abbas bu hadisəni müsəlmanlar üçün “böyük faciə” adlandırmışdır. Onların hərəkətindən bu nəticəni alıb deyə bilərik: Müsəlmanların çoxusu Peyğəmbərin sünnəsini ayaq altına qoyub dedilər: “Quran bizə bəsdir!”

Bu yerdə Həzrət Əli (ə) və onun ardıcılı olub azlıq təşkil edən və Peyğəmbərin “Əli (ə)-ın şiələri” adlandırdığı bir dəstə adam heç bir söz demədən Peyğəmbərin buyruqlarını yerinə yetirdilər. Onun söz və əməlini sünnət, sünnətə əməl etməyi isə Qurana əməl etmək kimi vacib saydılar. Necə ki, Quran buyurmuşdur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

“Ey iman gətirənlər! Allah və Peyğəmbərə itaət edin.”[2]

Ömər ibni Xəttabın rəftarı bütün müsəlmanlar arasında məşhurdur. Bütün ömrü boyu Peyğəmbər (s)-lə etdiyi müxalifətçilik hamının arasında tanınmışdır.[3]

Sözsüz, o, sözünü heç vaxt Peyğəmbər (s)-in sünnəsinə bağlı bilməmiş və daim bunu açıqlamışdır. O, xəlifə olduğu zaman Peyğəmbər hədislərinin ziddinə fətva vermişdir. Hətta bəzən Quranın möhkəm (aşkar) ayələrinin xilafına da hökm vermişdir. Allahın halalını haram, haramını isə halal etmişdir.[4]

Səhabələr arasında onun tərəfdarlarının onun kimi olması da təbii bir haldır. Dost və ardıcılları keçmişdə və indi də onun bidətlərini davam etdirirlər. "ələcək bəhslərdə onların Peyğəmbər (s)-in sünnəsini tərk edib Ömərin sünnəsinə əməl etmələri daha da aydın olacaqdır.



--------------------------------------------------------------------------------

[1] Cümə axşamı faciəsi “Səhih Müslüm” və “Səhihi Buxari”də gəlmişdir. “Səhihi Buxari”, 5-ci cild, səh. 137-138æ “Səhihi Müslüm”, 7-ci cild, səh. 123æ “Tarixi Təbəri”, 3-cü cild, səh. 193.

[2] “Nisa” surəsi, 59-cu ayə.

[3] “Zikr əhlindən soruşun” kitabında bu barədə geniş bəhs etmişik.

[4] Nümunə üçün: Bir məclisdə üç təlaqın haram olması halda onu halal etməsi, “müəllifətul-qülubuhum”un payını zəkatdan ayırması, həcc və qadının mütəsini haram etməsi. “Səhihi Buxari”, 2-ci cild, səh. 153. “həcc” kitabı.

Popular Posts (Last 30 Days)

 
  • Recent Posts

  • Mobile Version

  • Followers