Tuesday, July 30, 2013
MÜSƏLMANLARI SÜNNÜ VƏ ŞİƏYƏ BÖLƏN İLK HADİSƏ
Bu hadisə Allah Peyğəmbəri (s)-nin “sizə məktub yazmağım üçün mürəkkəb və qələm gətirin.
Siz bu məktubun vasitəsilə heç vaxt haqdan azmazsınız”[1] – sözü
qarşısında Ömər ibni Xəttab və bir çox səhabələrin mane olmasına
qayıdır.
Onlar tamam həyasızlıqla Allah Peyğəmbərinin sözünün əməli olmasının qarşısını aldılar. Heç bir hörməti gözləmədən Peyğəmbərə “sayıqlamaq” töhmətini vurdular. Allah Kitabının onlara kafi olmasını iddia edib, Peyğəmbərin məktubuna ehtiyac olmadığını bildirdilər!!!
İbni Abbas bu hadisəni müsəlmanlar üçün “böyük faciə” adlandırmışdır.
Onların hərəkətindən bu nəticəni alıb deyə bilərik: Müsəlmanların
çoxusu Peyğəmbərin sünnəsini ayaq altına qoyub dedilər: “Quran bizə
bəsdir!”
Bu yerdə Həzrət Əli (ə) və onun ardıcılı olub azlıq təşkil edən və
Peyğəmbərin “Əli (ə)-ın şiələri” adlandırdığı bir dəstə adam heç bir söz
demədən Peyğəmbərin buyruqlarını yerinə yetirdilər. Onun söz və əməlini sünnət, sünnətə əməl etməyi isə Qurana əməl etmək kimi vacib saydılar. Necə ki, Quran buyurmuşdur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
“Ey iman gətirənlər! Allah və Peyğəmbərə itaət edin.”[2]
Ömər ibni Xəttabın rəftarı bütün müsəlmanlar arasında məşhurdur. Bütün ömrü boyu Peyğəmbər (s)-lə etdiyi müxalifətçilik hamının arasında tanınmışdır.[3]
Sözsüz, o, sözünü heç vaxt Peyğəmbər (s)-in sünnəsinə bağlı bilməmiş və daim bunu açıqlamışdır. O, xəlifə olduğu zaman Peyğəmbər hədislərinin ziddinə fətva vermişdir. Hətta bəzən Quranın möhkəm (aşkar) ayələrinin xilafına da hökm vermişdir. Allahın halalını haram, haramını isə halal etmişdir.[4]
Səhabələr arasında onun tərəfdarlarının onun kimi olması da təbii bir haldır. Dost və ardıcılları keçmişdə və indi də onun bidətlərini davam etdirirlər. "ələcək bəhslərdə onların Peyğəmbər (s)-in sünnəsini tərk edib Ömərin sünnəsinə əməl etmələri daha da aydın olacaqdır.
--------------------------------------------------------------------------------
[1] Cümə axşamı faciəsi “Səhih Müslüm” və “Səhihi Buxari”də gəlmişdir. “Səhihi Buxari”, 5-ci cild, səh. 137-138æ “Səhihi Müslüm”, 7-ci cild, səh. 123æ “Tarixi Təbəri”, 3-cü cild, səh. 193.
[2] “Nisa” surəsi, 59-cu ayə.
[3] “Zikr əhlindən soruşun” kitabında bu barədə geniş bəhs etmişik.
[4] Nümunə üçün: Bir məclisdə üç təlaqın haram olması halda onu halal
etməsi, “müəllifətul-qülubuhum”un payını zəkatdan ayırması, həcc və
qadının mütəsini haram etməsi. “Səhihi Buxari”, 2-ci cild, səh. 153. “həcc” kitabı.
Categories:
Azeri - Azəri
Popular Posts (Last 30 Days)
-
Ye sirf ek jhooot hai ki Maula Ali a.s masoom wali-e-khuda wasi-e-rasol s.a.w alamdar-e-parchame-e-islam ,sher-e-khuda, la fatah illa ...
-
Abdul Kareem Mushtaq - Hum Muta Kiyon Kerte Hain Here is an unbiased debate on 'Muta' from ARY Digital. The host is neutra...
-
Tabari: Narrated Aboo Hisham Al-Rafi from Aboo Bakr Ibn Ayyash from Hasim Ibn Kulayb from his father who said: " Uma...
-
Muhammad Bin Saaib Al Kalbi narrates in his book (Al Salabah Fe Ma'rifat Al Sahabah) (3/212) ... Nufayl was working for Kalb Bin ...
-
In this section we will be looking to cover: 1. Umar Burying His Daugther 2. Umar's Conversion to Islam 3. Umar Ibn Al-Khat...
-
Umar ibn al-Khattab came to the house of Ali. Talha and Zubair and some of the immigrants were also in the house. Umar cried out: "By G...
-
Muslims praying Namaz with folded hands Keeping hands unfolded (while standing) is the natural posture, and those who follow it do not ne...
0 comments:
Post a Comment
براہ مہربانی شائستہ زبان کا استعمال کریں۔ تقریبا ہر موضوع پر 'گمنام' لوگوں کے بہت سے تبصرے موجود ہیں. اس لئےتاریخ 20-3-2015 سے ہم گمنام کمینٹنگ کو بند کر رہے ہیں. اس تاریخ سے درست ای میل اکاؤنٹس کے ضریعے آپ تبصرہ کر سکتے ہیں.جن تبصروں میں لنکس ہونگے انہیں فوراً ہٹا دیا جائے گا. اس لئے آپنے تبصروں میں لنکس شامل نہ کریں.
Please use Polite Language.
As there are many comments from 'anonymous' people on every subject. So from 20-3-2015 we are disabling 'Anonymous Commenting' option. From this date only users with valid E-mail accounts can comment. All the comments with LINKs will be removed. So please don't add links to your comments.